RƏSMİ: "Qarabağ" Libertadores Kubokunun qalibini transfer etdi

RƏSMİ: "Qarabağ" Libertadores Kubokunun qalibini transfer etdi

"Qarabağ" yeni mövsüm üçün ikinci transferini reallaşdırıb.

"Mediasport" xəbər verir ki, Ağdam klubu Portuqaliyanın “Alverka” klubundan yarımmüdafiəçi Pedro Bikalyonu transfer edib.

24 yaşlı braziliyalı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. "Sambaçı" 35 nömrəli forma ilə çıxış edəcək.

Peşəkar karyerasına 2020-ci ildə vətənində “Kruzeyru”da başlamış Pedro bir il sonra “Palmeyras”a keçib. O, bu klubla 2021-ci ildə Libertadores Kubokunun qalibi adını qazanıb.

Yarımmüdafiəçi icarə əsasında Braziliyanın “Vitoriya”, Portuqaliyanın “Santa Klara” və “Alverka” klublarında çıxış edib.

Son mövsümdə 2-ci Liqa təmsilçisinin heyətində keçirdiyi 35 oyunda 2 qol vurub.