Millimizin futbolçusu Albaniya Kubokunda final oynayacaq

Millimizin futbolçusu Albaniya Kubokunda final oynayacaq

Futbol üzrə Albaniyaya Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

"Mediasport" xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatia” “Partizani”nin qonağı olub.

Milli üzvünün komandası ilk matçdakı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb.

Ötən həftə evdə 0:1 hesabı ilə uduzan "Eqnatia" səfərdə iki cavabsız top vuraraq finala çıxıb.

Zamiq 90 dəqiqə meydanda olub. Final görüşü mayın 1-də Tirana “Dinamo”su ilə olacaq.