"Neftçi" evdə "İmişli"yə uduzdu, "Şamaxı" "Sabah"dan 1 xal aldı

"Neftçi" evdə "İmişli"yə uduzdu, "Şamaxı" "Sabah"dan 1 xal aldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci tura yekun vurulub.

"Mediasport" xəbər verir ki, üçüncü oyun günündə də iki matç keçirilib.

Hər iki qarşılaşma paytaxtda reallaşıb.

"Şamaxı" Masazır səfərində "Sabah"dan xal alıb.

"Neftçi" isə ilk dövrədə bərabərə qaldığı debütant "İmişli"yə doğma azarkeşləri qarşısında uduzub.


Azərbaycan Premyer Liqası. 12-ci tur


21 noyabr (cümə)

“Karvan-Yevlax” - “Kəpəz” 1:2

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli

VAR: Elçin Məsiyev

AVAR: Namiq Hüseynov

Hakim-inspektor: Asim Xudiyev 

AFFA nümayəndəsi: İlham Əliyev

Yevlax şəhər stadionu, 14:00


“Sumqayıt” - “Qarabağ” 2:4

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Kamran Əliyev

VAR: Kamal Umudlu

AVAR: Akif Əmirəli

Hakim-inspektor: Munis Abdullayev 

AFFA nümayəndəsi: Zümrüd Ağayeva

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00


22 noyabr (şənbə)

“Araz-Naxçıvan” - “Turan Tovuz” 1:1

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Emin Əliyev

VAR: Rəşad Əhmədov

AVAR: Vüqar Həsənli

Hakim-inspektor: Ömər Paşayev 

AFFA nümayəndəsi: Eldar Məmmədov

M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:00


“Zirə” - “Qəbələ” 1:0

Hakimlər: Elvin Bayramov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Vüsal Məmmədov

Hakim-inspektor: Anar Salmanov 

AFFA nümayəndəsi: Yavər Rəhimov

Zirə İdman Kompleksinin stadionu, 17:30


23 noyabr (bazar)

“Sabah” - “Şamaxı” 0:0

Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Əkbər Əhmədov

VAR: Əli Əliyev

AVAR: Teymur Teymurov

Hakim-inspektor: Vüsal Əliyev 

AFFA nümayəndəsi: Anar Şıxəliyev

“Bank Respublika Arena”, 15:00


“Neftçi” - “İmişli” 2:3

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov

VAR: Tural Qurbanov

AVAR: Asiman Əzizli

Hakim-inspektor: İmanxan Sultani 

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Palms Sports Arena”, 17:30