Şahruddin Arşavinlə görüşdü
Azərbaycan milli komandası və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Rusiya yığmasının sabiq futbolçusu Andrey Arşavinlə görüşüb.
"Mediasport" xəbər verir ki, görüş Bakıda baş tutub.
London "Arsenal"ının keçmiş üzvü ölkəmizə UEFA Çempionlar Liqasının "Sabah" - "Barselona" matçı üçün səfər edib.
Qarşılaşma bu axşam saat 21:45-də başlanacaq.

