PFL Premyer Liqada oktyabr ayı üzrə qalibi mükafatlandırdı

PFL Premyer Liqada oktyabr ayı üzrə qalibi mükafatlandırdı

Azərbaycan Premyer Liqasında "Ayın qolu" layihəsi çərçivəsində növbəti qalib mükafatlandırılıb.

"Mediasport" xəbər verir ki, oktyabr ayının ən yaxşı qolunun müəllifi olan "Sabah"ın futbolçusu Kahim Parris "Şamaxı" ilə 12-ci tur oyunundan əvvəl təltif edilib.

Ona mükafatı Peşəkar Futbol Liqasının (PFL) Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.