UEFA-nın C kateqoriyalı məşqçi kursunun II mərhələsi keçirilir

AFFA-nın təşkilatçılığı ilə UEFA-nın C kateqoriyalı məşqçi kursunun II mərhələsi keçirilir.
Mediasport.com.az xəbər verir ki, Bakıdakı Təhsil və Reabilitasiya Mərkəzində gerçəkləşən tədbir fevralın 14-dək davam edəcək.
Məşğələlərə təlimatçılar İlham Əzizzadə, Xanlar Əliyev və Dəyanət Əliyev rəhbərlik edirlər.
Kursun III modulu fevralın 25-dən 28-dək, IV mərhələsi isə martın 10-dan 15-dək baş tutacaq.