"Zirə" Boluda Türkiyə 1-ci Liqa klubunu 2 cavabsız qolla üstələdi

"Zirə" Boluda Türkiyə 1-ci Liqa klubunu 2 cavabsız qolla üstələdi

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” üçüncü yoxlama oyununu keçirib.

"Mediasport" xəbər verir ki, Rəşad Sadıqovun komandası 1-ci Liqa klubu “Çorum”la üz-üzə gəlib.

Görüş komandamızın qələbəsi ilə yekunlaşıb - 2:0. "Qartallar"ın qollarını yeni transfer Abdul Aziz Batibie və əvəzedici heyətdən götürülən Şahmar Aşurov vurub.

Qeyd edək ki, "Zirə" yay hazırlığı çərçivəsində Türkiyədə yerli "Ankara Keçiörəngücü" və İordaniyanın "Əl Hüseyn" klublarına (2:1, 1:0) gəlib, Bakıda isə “Qarabağ”a uduzub (0:4).