İK meydandan qovulan Bassala Sambunun cəzasını açıqladı

AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Mediasport" xəbər verir ki, qurum Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Kəpəz"lə cavab görüşündə qırmızı vərəqə alan "Neftçi"nin futbolçusu Bassala Sambunun cəzasını açıqlayıb.
58-ci dəqiqədə meydandan qovulan almaniyalı hücumçu 2 oyunluq cəza alıb.
Paytaxt klubu 1500 manat da cərimə ödəyəcək.