"Qarabağ" "Zalsburq"a uduzdu - Avstriya toplanışı yekunlaşdı

Yay hazırlığını Avstriyada keçən "Qarabağ" sonuncu yoxlama matçına çıxıb.
"Mediasport" xəbər verir ki, Azərbaycan çempionu Avstriya nəhəngi "Zalsburq"la qarşılaşıb.
17-qat Avstriya çempionu ilə görüşdə meydan sahibləri qələbə qazanıblar - 2:1.
Ağdam təmsilçisi bununla da təlim-məşq toplanışını başa vurub. Komanda bu gecə Bakıya yola düşəcək.
Xatırladaq ki, Qurban Qurbanovun komandası Avstriya toplanışında 3 hazırlıq oyunu keçirib. Niderlandın "Tvente" kollektivinə bir dəfə qalib gəlib bir dəfə məğlub olan (3:2, 1:2) "köhlən atlar" Ukraynanın "Metallist 1925" klubuna uduzublar (4:5).