Madrid "Real"ının yetirməsi Azərbaycan Premyer Liqasında!

Madrid "Real"ının yetirməsi Azərbaycan Premyer Liqasında!

“Qəbələ” növbəti transferini rəsmiləşdirib.

"Mediasport" xəbər verir ki, Kaxaber Çxadadzenin komandası Xayme Syerranı transfer edib.

27 yaşlı ispan yarımmüdafiəçi Madrid "Real"ının yetirməsidir. O, 2004-2014-cü illərdə İspaniya nəhənginin akademiyasında olub.

Xayme son olaraq Xorvatiyada "Varajdin"in formasını geyinib.