AFFA bu kluba çempionatda birbaşa iştirak hüququ verdi
AFFA daha bir komandaya birbaşa 2-ci Liqada iştirak hüququ verib.
"Mediasport" xəbər verir ki, bu, Region Liqasının finalçısı "Marafon" komandasıdır.
Sabirabad təmsilçisi həlledici matçda "Zəngəzur"a uduzsa da, növbəti mövsüm 2-ci Liqada yarışacaq.
Buna səbəb federasiyanın çempionatın iştirakçısı olan bəzi komandalara lisenziya verməməsidir.
2-ci Liqa üçün pley-off oynamalı olan aranlılar birbaşa çempionata buraxıldığı üçün bu şans Region Liqasının üçüncüsü "Biləsuvar"a verilib.
Bildiyiniz kimi, cənublular keçid görüşündə "Ağstafa Gəncləri"nə məğlub olublar (0:3).


