AFFA ötən tur 5 oyunluq cəza verdiyi baş məşqçini daha 5 oyunluq diskvalifikasiya etdi

AFFA İntizam Komitəsi II Liqada çıxış edən "Ağdaş"ın baş məşqçisi Ruslan Hüseynovu növbəti dəfə beş oyunluq cəzalandırıb.
"Mediasport" xəbər verir ki, mütəxəssis bu dəfə 22-ci turun "Şahdağ Qusar"la görüşündə hakimləri təhqir edib.
Beləliklə, aprelin 18-də 21-ci turun "Füzuli" ilə səfər matçına analoji hərəkətə yol verən Hüseynovun cəzasının üzərinə daha beş matç əlavə edilib.