"Kəpəz" "Qarabağ"dan xal aldı, "Sabah" "Zirə" ilə bərabərə qaldı

"Kəpəz" "Qarabağ"dan xal aldı,  "Sabah" "Zirə" ilə bərabərə qaldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 27-ci turun görüşləri keçirilir.

"Mediasport" xəbər verir ki, ikinci oyun günündə iki matç baş tutub.

Liqada qalmağa çalışan "Kəpəz" Tovuzda lider "Qarabağ"dan xal alıb.

Qeyri-sabit çıxış edən "Sabah" isə iddialılardan "Zirə" ilə bərabərə qalıb.

Tura sabah yekun vurulacaq.

Açılış oyununda "Araz-Naxçıvan" "Şamaxı" ilə bərabərə qalıb (1:1).


Azərbaycan Premyer Liqası. 27-ci tur


“Kəpəz” - “Qarabağ” 0:0

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə

VAR: Cavid Cəlilov

AVAR: Akif Əmirəli

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: İlham Əliyev

Tovuz şəhər stadionu.

“Kəpəz”: 1. Rojerio Santos 2. İlkin Qırtımov (k) 7. Ehtiram Şahverdiyev 12. Turan Manafov 5. Rauf Hüseynli 26. Valdemar Almeyda 9. Luis Paçu 29. Dioqo Verdaska 28. Rati Ardazişvili 3. Mahamadu Ba 88. Şevroni Mabatşoev.

Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 18. Elgün Bayramov 99. Əli Səmədov 70. Nicat Süleymanov 8. Elmir Tağıyev 6. Nemət Musayev 21. Camal Cəfərov 17. Ümid Səmədov 19. Sadiq Şəfiyev 78. Yeqor Xvalko 11. Trent Buhagiar 10. Karim Lkoça.

Baş məşqçi: Azər Bağırov.

“Qarabağ”: 1. Şahrudin Məhəmmədəliyev (k) 24. Aleksey İsayev 13. Bəhlul Mustafazadə 27. Toral Bayramov 90. Nəriman Axundzadə 81. Kevin Medina 66. Patrik Andrade 9. Kadi Borqes 2. Mateus Silva 21. Aleksey Kaşuk 11. Emmanuel Addai.

Ehtiyat oyunçular: 99. Mateus Koxalski 97. Fabian Buntiç 55. Bədavi Hüseynov 29. Marko Veşoviç 10. Abdullah Zubir 7. Yassin Benzia 19. Redon Cica 15. Leandro Andrade.

Baş məşqçi: Qurban Qurbanov.


“Sabah” - “Zirə” 1:1

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev

VAR: Nicat İsmayılov

AVAR: Cəmil Quliyev

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Bank Respublika Arena.