"Qarabağ"ın qabaqladığı klublar - “Atletik”, "Nyukasl", "Beşiktaş"...

"Qarabağ"ın qabaqladığı klublar - “Atletik”, "Nyukasl", "Beşiktaş"...

UEFA Avropa klublarının yeni reytinqini açıqlayıb.

"Mediasport" xəbər verir ki, Azərbaycan təmsilçiləri arasında ən yaxşı göstərici "Qarabağ"a məxsusdur.

Ağdam klubu 32,000 xalla 69-cu pillədə qərarlaşıb və ilk "100-lük"də yeganə Azərbaycan komandasıdır.

Qurban Qurbanovun komandası “Atletik” (İspaniya), “Frayburq” (Almaniya), “Anderlext” (Belçika), “Beşiktaş” (Türkiyə), “Nyukasl” və “Brayton” (hər ikisi İngiltərə) kimi klubları geridə qoyub.

Digər klublarımıza gəlincə, "Neftçi" (8,000 xal) 187-ci, "Zirə" (4,000 xal) 318-ci, "Sabah" (4,000 xal) 319-cu, "Sumqayıt" (4,000 xal) 323-cü, "Qəbələ" (3,000 xal) 337-ci, "Şamaxı" (2,500 xal) isə 338-ci  sırada dayanıb.

427 klubun yer aldığı reytinqə 143,500 xalla Madrid "Real"ı başçılıq edir.