“Benfika” - “Qarabağ” görüşü məşhur belçikalı hakimə tapşırıldı

“Benfika” - “Qarabağ” görüşü məşhur belçikalı hakimə tapşırıldı

Sentyabrın 16-da Portuqaliyada UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turu çərçivəsində baş tutacaq “Benfika” - “Qarabağ” oyununun hakimləri açıqlanıb.

"Mediasport" xəbər verir ki, qarşılaşmanı Belçikadan olan ədalət təmsilçiləri idarə edəcəklər.

Görüşdə əsas söz sahibi tanınmış referi Erik Lambrexts olacaq. Yan xətdə ona Co De Veyrd və Kevin Monteni kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Natan Verbumen yerinə yetirəcək.

Xatırladaq ki, matç Bakı vaxtilə saat 23:00-da başlanacaq.