"Qarabağ" "Şamaxı"ya qarşı - YENİLƏNİR

"Qarabağ" "Şamaxı"ya qarşı - YENİLƏNİR

Futbol üzrə Azərbaycan Premyer Liqasında 1-ci tur bu gün yekunlaşacaq.

"Mediasport" xəbər verir ki, son oyun günündə bir matç keçiriləcək.

"Qarabağ" Bakıda "Şamaxı" ilə üz-üzə gələcək.

Xatırladaq ki, turun əvvəlki 5 görüşündə "Turan Tovuz" "Qəbələ"ni (1:0), "Sabah" "Kəpəz"i (2:0), "Neftçi" "Sumqayıt"ı (3:1), "Zirə" "Şəfa"nı (2:0) məğlub edib, "Araz-Naxçıvan" "İmişli" ilə bərabərə qalıb (0:0).


AZərbaycan Premyer Liqası. 1-ci tur


“Qarabağ” – “Şamaxı”

Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Şirmamed Mamedov, Cavid Cəlilov

VAR: İnqilab Məmmədov 

AVAR: Kərim Zeynalov

Hakim-inspektor: Ceyhun Haşımov 

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30