"Qarabağ"ın Çempionlar Liqası oyununun biletləri satışa çıxarıldı

"Qarabağ"ın Çempionlar Liqası oyununun biletləri satışa çıxarıldı

Noyabrın 26-da UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək "Napoli" - "Qarabağ" oyununun biletləri satışa çıxarılıb.

"Mediasport" xəbər verir ki, biletlərin qiyməti 25-165 avro (təxminən 49 manatdan 324 manata qədər) arasında dəyişir. 

Neapoldakı Dieqo Armando Maradona stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtilə saat 00:00-da start götürəcək.

Xatırladaq ki, 4 turdan sonra Azərbaycan çempionu 7 xalla 15-ci, İtaliya təmsilçisi isə 4 xalla 24-cü pillədə qərarlaşıb.