Milli komandamızdan Avropa çempionatında bürünc medal
Azərbaycan atıcıları Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında daha bir uğura imza atıblar.
"Mediasport" xəbər verir ki, qadınlardan ibarət komandamız 25 metr standart tapança yarışında bürünc medal qazanıb.
Komandanın heyətində Nigar Nəsirova, Zeynəb Sultanova və Xana Əliyeva mübarizə aparıb.
Xatırladaq ki, qitə birinciliyində bunadək Ruslan Lunyov-Zeynəb Sultanova cütlüyü 25 metr məsafəyə atəş üzrə duet yarışında gümüş mükafat əldə etmişdilər.
