Paytaxt klubu loqosunu dəyişdi

  Paytaxt klubu loqosunu dəyişdi

"Şəfa" klubu yeni loqosunu təqdim edib.

"Mediasport" xəbər verir ki, loqo "Bir klub, bir şəhər, bir tarix və bir ailə" devizi ilə yaradılıb və klubun keçmişini, bu gününü və gələcəyini birləşdirən güclü simvollardan təşkil olunub.

Loqonun əsas elementlərindən olan qala Bakının tarixi rəmzi İçərişəhəri əks etdirir.

Ulduz 2000/2001 mövsümündə qazanılan Azərbaycan Kubokunun təcəssümüdür və gələcəyə inamı, işığı və mənəvi yüksəlişi simvollaşdırır.

Alov Azərbaycan Dövlət Gerbindən ilhamlanıb, Odlar Yurdunun tükənməz enerjisini, tərəqqi və inkişafı ifadə edir. 1998 isə Klubun təsis ilidir.

Rənglərə gəlincə, Xəzər dənizini əks etdirən mavi sarsılmaz güvən, peşəkarlıq, azadlıq və sakitlik rəmzidir. Ağ saflıq, təmizlik, ədalət və yeni başlanğıcların simvoludur

Xatırladaq ki, 2025/2026 mövsümündə 1-ci Liqada çempion olan "Şəfa" yeni sezondan Premyer Liqada mübarizə aparacaq.