Azərbaycan "Qarabağ"ın son qələbəsilə reytinqdə Rusiyanı keçdi

Azərbaycan "Qarabağ"ın son qələbəsilə reytinqdə Rusiyanı keçdi

Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelbörn"ü (İrlandiya) məğlub edərək (3:0, 1:0) turu keçən "Qarabağ" Azərbaycanın UEFA reytinqini xeyli yaxşılaşdırıb.

"Mediasport" xəbər verir ki, Azərbaycan 28-ci pilləyə yüksəlməklə Rusiyanı geridə qoyub.

Ölkəmizin hesabında 18.375 xal mövcuddur.

Klublarımız cari mövsüm ümumilikdə 1.250 əmsal qazanıblar.

3 ildən çoxdur avrokuboklardan kənarlaşdırılan Rusiya 18.299 xalda qalıb.