Felipe Santos "Turan Tovuz"da

Felipe Santos "Turan Tovuz"da

"Araz-Naxçıvan"la vidalaşan Felipe Santosun yeni klubu müəyyənləşib.

"Mediasport"un əldə etdiyi məlumata görə, 29 yaşlı futbolçu "Turan Tovuz"la anlaşıb.

Müqavilənin bugünlərdə açıqlanacağı bildirilib.

Santos başa çatan mövsümdə ümumilikdə 31 oyuna çıxıb, 9 qol vurub və 7 məhsuldar ötürmə edib.

Xatırladaq ki, "Turan Tovuz" mövsümü bürünc medalla başa vuraraq avrokuboklara vəsiqə qazanıb.