"Neftçi"nin futbolçusunun qoluna 22 milyondan çox baxış gəldi

"Neftçi"nin futbolçusunun qoluna 22 milyondan çox baxış gəldi

"Neftçi"nin futbolçusu Freddi Varqasın Azərbaycan Premyer Liqasında vurduğu qolun videosu sosial mediada trendə düşüb.

"Mediasport" xəbər verir ki, paraqvaylı vingerin "Karvan-Yevlax"la matçda fərqləndiyi anın görüntüsü 22 milyondan artıq baxış toplayıb.

"Ağ-qaralar"ın rəsmi instaqram səhifəsində yayımlanan videoya baxış gəlməkdə davam edir.

27 yaşlı cinah oyunçusunun qeyri-adi qolunun videosuna 800 mindən çox bəyənmə və 1300-dən artıq şərh yazılıb.