Millimizə 12 qol vuran İngiltərə yığması Avropa çempionu oldu!

Millimizə 12 qol vuran İngiltərə yığması Avropa çempionu oldu!

Slovakiyada keçirilən futbol üzrə U-21 Avropa çempionatına yekun vurulub.

"Mediasport" xəbər verir ki, İngiltərə milli komandası tarixində dördüncü dəfə qitə birinciliyinin qızıl medallarını qazanıb.

Yarışın seçmə qrup mərhələsində Azərbaycan millisi ilə eyni qrupda (5:1, 7:0) yer alan Li Karslinin komandası finalda Almaniya yığmasından güclü olub.

Həlledici duelin əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. İlk 15 dəqiqənin birincisində Conatan Rou ilə qələbə topunu vuran ingilislər kuboka sahib çıxıblar.

3-cü yeri Fransa və Niderland kollektivləri tutublar.

Qeyd edək ki, britaniyalılar 1982, 1984 və 2023-cü illərdə də Avropanın güclüsü adına yiyələniblər.