Təbrizdə "Azərbaycan" şüarları səsləndi - Rəqibin məşqçiləri meydana girdilər, oyun dayandırıldı

İran çempionatında 27-ci turun oyunları keçirilir.
"Mediasport" xəbər verir ki, Cənubi Azərbaycan klubu "Traktor" doğma Təbrizdə "Malavan"la qarşılaşır.
Hazırda davam edən görüşün 35-ci dəqiqəsində arenada xoşagəlməz hadisə yaşanıb.
"Səhənd" stadionuna toplaşmış 80 minə yaxın azarkeşin "Azərbaycan, Azərbaycan" şüarlarından sonra qonaq komandanın məşqçilər korpusu etiraz əlaməti kimi meydana daxil olublar.
10 dəqiqəyə yaxın dayandırılan matç hakimlərin qonaq texniki heyət və futbolçuları ilə məşvərətindən sonra qaldığı yerdən davam etdirilir.
"Al qurdlar" hissəyə əlavə olunmuş dəqiqələrdə hesabı açıblar. Əmir Hüseyn Hüseynzadə fərqlənib - 1:0.
Qeyd edək ki, təbrizlilər bu turadək 55 xalla 1-ci pillədə qərarlaşıblar.