"Qarabağ" azarkeşlərinin diqqətinə!

"Qarabağ" azarkeşlərinin diqqətinə!

İyulun 30-da UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək ÇSKA (Sofiya) - “Qarabağ” oyununun biletləri bu gün saat 17:00-dan etibarən satışda olacaq.

"Mediasport" xəbər verir ki, görüşü “Natsionalen Stadion Vasil Levski” stadionunda izləmək və komandanı dəstəkləmək istəyən azarkeşlər biletləri  iTicket.az vasitəsilə onlayn əldə edə bilərlər.

Biletlərin qiyməti 28 AZN-dir.

"Qarabağ" azarkeşləri üçün arenada 800 yer ayrılıb.

Ağdam klubu açıqlamasında üeyd edib ki, azarkeşlər vauçerləri alarkən e-mail ünvanlarını düzgün qeyd etməlidirlər.

Vauçerlər əldə edildikdən sonra, oyun gününədək, alış zamanı qeyd olunan e-mail ünvanına biletlər göndəriləcək.

Bilet əldə edən şəxslərdən stadiona gələrkən şəxsiyyətlərini təsdiq edən sənədi özləri ilə gətirmələri xahiş olunur. 

Xatırladaq ki, matç Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.