"Qarabağ"ın prezidenti 300 oyun keçirən Zubiri mükafatlandırdı

"Qarabağ"ın prezidenti 300 oyun keçirən Zubiri mükafatlandırdı

Azərbaycan Premyer Liqasının 29-cu turunun "Zirə" ilə matçı "Qarabağ"ın futbolçusu Abdullah Zubir üçün əlamətdar olub.

"Mediasport" xəbər verir ki, fransalı vinger Ağdam klubunun heyətində 300-cü oyununa çıxıb.

Bu münasibətlə görüşdən əvvəl müküfatlandırılma mərasimi keçirilib.

Komandanın prezidenti Tahir Gözəl Zubirə üzərində 300 yazılmış forma hədiyyə edib.

Qeyd edək ki, Mərakeş əsilli futbolçu 2018-ci ildən "Qarabağ"da çıxış edir və indiyədək 66 qol vurub.