"Santuşla əməkdaşlıq hamımızı məyus etdi, gözlənilməz nəticələndi"

"Santuşla əməkdaşlıq hamımızı məyus etdi, gözlənilməz nəticələndi"

"Fernandu Santuş dünya çempionatına getməyə zəmanət üçün gözəl nümunə idi. Uğurlu məşqçi, böyük addır. Hamımız onu alqışladıq. Amma..."

"Mediasport" xəbər verir ki, bu sözləri Polşa Futbol Assosiasiyasının prezidenti Sezari Kuleşa deyib.

63 yaşlı funksioner Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuşun Polşa millisindəki fəaliyyətindən danışıb. O, portuqaliyalının uğursuz olduğunu xatırladıb:

“Əvvəlcə bizə Qaret Sautqeyti təklif etmişdilər. Lakin bir məqami yadda saxlamalıyıq. Heç bir əcnəbi məşqçi bizə dünya çempionatına gedəcəyimizə zəmanət verməyəcək. Belə bir nümunə Fernandu Santuş olardı. Lakin onunla əməkdaşlığımız zamanı baş verənlər hamımızı məyus etdi, gözlənilməz nəticələndi".

Qeyd edək ki, Santuş Polşa seçməsinə 2023-cü ilin yanvarında baş məşqçi təyin edilib, ancaq uğursuz nəticələrə görə 9 ay sonra istefaya göndərilib.

Portuqaliyalı ötən yaydan rəhbərlik etdiyi Azərbaycan yığmasında 10 oyun keçirib, qələbə qazanmayıb.