"Qarabağ"ın sabiq futbolçusu 2-ci liqa klubu ilə müqavilə bağladı

 "Qarabağ"ın sabiq futbolçusu 2-ci liqa klubu ilə müqavilə bağladı

"Qarabağ"ın sabiq futbolçusu Elvin Nəsibov özünə yeni komanda tapıb.

"Mediasport" xəbər verir ki, Ağdam klubunun əvəzedici heyətində oynamış hücumçu 2-ci liqa təmsilçisi "Xankəndi"də forma geyinəcək.

Son olaraq "Şəfa"nın uğurları üçün çalışmış forvardla mövsümün sonunadək müddəti əhatə edən müqavilə imzalanıb.

Qeyd edək ki, Elvin Nəsibov karyerası ərzində "Kəpəz" və MOİK-də də çıxış edib.