"Qarabağ"ın üzvləri Çempionlar Liqasında ən yaxşılar sırasında

"Qarabağ"ın üzvləri Çempionlar Liqasında ən yaxşılar sırasında

UEFA Çempionlar Liqasının 1/4 final matçlarından sonra “Qarabağ”ın futbolçuları müxtəlif göstəricilərdə ən yaxşılar arasında yer alıblar.

"Mediasport" xəbər verir ki, Ağdam klubunun müdafiəçisi Bəhlul Mustafazadə turnirdə ən yüksək sürətə malik oyunçulardan biridir.

Millimizin üzvü saatda 36,5 km sürət ilə ilk beşliyi tamamlayır.

"Atlılar"ın qapıçısı Mateuş Koxalski seyvlərdə (45) dördüncü pillədə qərarlaşıb.

Xatırladaq ki, "Qarabağ" bu mövsüm tarixində ilk dəfə ÇL-də pley-offa yüksəlib.