Mövsümün ən gənc futbolçusu

Mövsümün ən gənc futbolçusu

"Kəpəz"in futbolçusu Raul İsaqov Azərbaycan Premyer Liqasının 2025/26 mövsümündə meydana çıxan ən gənc futbolçu olub.

"Mediasport" xəbər verir ki, hücumçu 32-ci turun "Araz-Naxçıvan"la səfər qarşılaşmasında (0:2) şans qazanıb.

O, Premyer Liqada 16 yaş 162 günlüyündə debüt edib. Raul qarşılaşmanın 81-ci dəqiqəsində meydana daxil olub.