Canıyev "Marafon"u seçdi

 Canıyev "Marafon"u seçdi

Futbol üzrə Azərbaycan 2-ci Liqasında debüt edəcək "Marafon" daha heyətini yeni futbolçu ilə gücləndirib.

"Mediasport" xəbər verir ki, Sabirabad klubu hücumçu Mirmövsüm Canıyevlə müqavilə bağlayıb.

Tərəflər arasında anlaşma 1 illik nəzərdə tutulub.

Forvard son olaraq "Xankəndi"də forma geyinib.

Xatırladaq ki, aranlılar AFFA Region Liqasının finalında "Zəngəzur"a uduzublar (1:2).