KL: Niderland klubu "Qarabağ"ın azarkeşləri üçün 1500 yer ayırdı - Biletlər bu gün satışa çıxarılacaq
Avqustun 20-də UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində Niderlandda baş tutacaq “Tvente” - “Qarabağ” matçı üçün biletlər satışa çıxarılır.
"Mediasport" xəbər verir ki, azarkeşlər vauçerləri bu gün saat 17:00-dan etibarən iTicket.az saytı vasitəsilə əldə edə bilərlər.
Ağdam klubunun azarkeşləri üçün "Tvente Stadium"da keçiriləcək görüşün biletlərinin qiyməti 45 AZN yəşkil edir.
Azarkeşlər vauçerləri alarkən e-mail ünvanlarını düzgün qeyd etməlidirlər.
Vauçerlər əldə edildikdən sonra, oyun gününədək, alış zamanı qeyd olunan e-mail ünvanına biletlər göndəriləcək.
Bilet əldə edən şəxslər stadiona gələrkən şəxsiyyətlərini təsdiq edən sənədi özləri ilə gətirməlidirlər.
DİQQƏT: Stadiona giriş yalnız biletlə mümkün olacaq və şəxsiyyət vəsiqəsi mütləq azarkeşlərin üzərində olmalıdır.
Qeyd edək ki, arenada "Qarabağ" azarkeşləri üçün 1500 yer ayrılıb.
Ayrılmış sektorlara (325,326) giriş "Gate X" vasitəsilə olacaq.
Qarşılaşma Bakı vaxtı ilə 22:00-da start götürəcək.


