"Qəbələ"dən "Şamaxı"ya - RƏSMİ

"Qəbələ"dən "Şamaxı"ya - RƏSMİ

"Şamaxı" daha bir futbolçunun transferini açıqlayıb.

"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi "Qəbələ" klubundan Okan Təhməzli ilə anlaşıb.

Yarımmüdafiəçi növbəti iki mövsümü "Şamaxı"da keçirəcək.

"Şirlər" buna qədər Sənan Muradlını ("Sumqayıt"), Emin Rüstəmovu ("Karvan-Yevlax"), Uğur Cahangirovu ("Karvan-Yevlax") və Ceyhun Bağırzadəni ("Qəbələ-2") heyətə cəlb edib.