Çempion "Qəbələ"yə kubok və medallar nə vaxt veriləcək?

Çempion "Qəbələ"yə kubok və medallar nə vaxt veriləcək?

Azərbaycan I Liqasında 2024/2025 mövsümünün qalibi olan "Qəbələ"yə qızıl medallar XXVI turda təqdim olunacaq.

"Mediasport" xəbər verir ki, təltifetmə mərasimi mayın 15-də Qəbələ şəhər stadionunda baş tutacaq.

Kaxaber Çxadadzenin komandası Saat 16:00-da start götürəcək “Zaqatala” ilə qarşılaşmadan sonra çempionluq kuboku və medallarla mükafatlandırılacaq.