VİDEO: Mingəçevirdə ara qarışdı, futbolçular əlbəyaxa oldular
Mingəçevirdə peşəkar futbolçular arasında dava-dalaş yaşanıb.
"Mediasport" xəbər verir ki, 1-ci Liqanın 12-ci turunun “Mingəçevir” - “Şahdağ Qusar” görüşündə qeydə alınıb.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda keçirilən oyunda ilk hissənin sonlarında ara qarışıb.
Ehtiyat skamyada əyləşənələr də meydana çıxınca xoşagəlməz olay böyüyüb və qarşılaşmada fasilə yaranıb.
Bir müddət sonra bərpa edilən duel "sülh"lə yekunlaşıb - 1:1.
