Günün yeganə oyununda "Baku Sportinq" qalib gəldi - VİDEO

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 16-cı tur start götürüb.
"Mediasport" xəbər verir ki, günün yeganə oyunu paytaxtda baş tutub.
Mingəçevirdə keçirilməsi nəzərdə tutulan "Mingəçevir" - "Difai" qarşılaşması qarlı hava səbəbindən fevralın 28-nə təxirə salınıb.
Turun digər matçları sabah keçiriləcək.
Azərbaycan 1-ci Liqası. 16-cı tur
“Bakı Sportinq” – “Cəbrayıl” 1:0
Qol: Stevanoviç, 39.
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Elman Kərimov, Səbuhi Bayramov
Binə qəsəbə stadionu
28 fevral
14:00. “Mingəçevir” – “Difai”
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Rəhman Aslanov, Rəsul Babayev
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydanca)
14:00. “Qaradağ Lökbatan” – “İmişli”
Hakimlər: Kamranbəy Rəhimov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Niyaz Əhmədov
Lökbatan OİK stadionu
14:00. MOİK – “Zaqatala”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Ruslan Quliyev
Zaqatala OİK stadionu, 14:00
15:00. “Qəbələ” – “Karvan”
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Sənan Bayramzadə
Qəbələ şəhər stadionu