"Difai" 2-ci Liqaya yuvarlandı, "Şimal" pley-off matçına çıxacaq

"Difai" 2-ci Liqaya yuvarlandı, "Şimal" pley-off matçına çıxacaq

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 27-cı tura start verilib.

"Mediasport" xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

Turnir cədvəlinin zirzəmisində qərarlaşan "Şimal" və "Difai" kritik oyunlara çıxıblar.

MOİK "Difai"ni məğlub edib (4:0), "Şimal" isə dramatik oyunda "Cəbrayıl"ı 3:2 hesabı ilə üstələyib.

Nəticədə, "Difai" 2-ci Liqaya yuvarlanıb.

"Şimal" 2-ci Liqanın 2-cisi olmuş "Qaradağ Lökbatan"la pley-off matçına çıxacaq.

Xatırladaq ki, tura sabah keçiriləcək 3 oyunla yekun vurulacaq.

Azərbaycan 1-ci Liqası. 27-ci tur

21 may

MOİK - "Difai" 4:0

Hakimlər: Murad Səlimov, Safalı Ağayev, Məmmədəli Kərimov, Səbuhi Bayramov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Zümrüd Ağayeva

Binə qəsəbə stadionu.

"Cəbrayıl" - "Şimal" 2:3

Hakimlər: Əkbər Əhmədov, Anar Bədəlov, Elmin Süleymanov, Rövşən Rəcəbov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Novruz Əzimov

Şamaxı OİK stadionu.