Qərbi Azərbaycan Kubokunda 18 komanda yarışacaq - VİDEO

Qərbi Azərbaycan Kubokunda 18 komanda yarışacaq - VİDEO

Minifutbol üzrə ikinci Qərbi Azərbaycan Kubokunun püşkatma mərasimi keçirilib.

"Mediasport" xəbər verir ki, tədbirdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov və digər rəsmilər iştirak ediblər.

Rəsmi çıxışlardan sonra kubokun təqvimi açıqlanıb, qeyd edilib ki, yarışda A, B, C və D qruplarında ümumilikdə 18 komanda mübarizə aparacaq.

Hər qrupdan bir kollektiv pley-offa çıxacaq. Turnir iyunun 1-dən 26-dək keçiriləcək.