"Turan Tovuz" Fransa klubundan sabiq "Qarabağ"lını transfer etdi

"Turan Tovuz" daha bir futbolçunun keçidini rəsmiləşdirib.
"Mediasport" xəbər verir ki, qərb təmsilçisi ölkəmizdə öncədən "Qarabağ"da da forma geyinmiş seneqallı hücumçu İbrahima Vacini heyətinə cəlb edib.
30 yaşlı forvard ilə 1+1 illik müqavilə imzalanıb.
Son olaraq Fransa təmsilçisi "Sent Etyenn"də çıxış edən Vaci karyerası ərzində "Qaziantep" (Türkiyə), "Molde" və "Hauqesund" (hər ikisi Norveç) klublarında da forma geyinib.