Zamiqin komandası Super Liqada autsayderə evdə məğlub oldu
Futbol üzrə Albaniya Super Liqasında 33-cü turun görüşləri keçirilir.
"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin üzvü Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" "Vora"nı qəbul edib.
Müdafiəçimizin komandası doğma meydanda autsayderə uduzub - 0:2.
Əliyev 90 dəqiqə meydanda olub.
Hazırda aktivində 54 xalla 3-cü sırada qərarlaşmış "Eqnatiya" lider "Vlajniya"dan 6 xal geri qalır.
