Hacı Əliyev ilk duelində məğlubiyyətlə üzləşdi - VİDEO

Hacı Əliyev ilk duelində məğlubiyyətlə üzləşdi - VİDEO

Güləş üzrə üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyev RAF ("Real American Freestyle") Peşəkar Güləş Liqasında ilk görüşünə çıxıb.

"Mediasport" xəbər verir ki, o, Puerto-Rikonu təmsil edən Sebastian Rivera ilə qarşılaşıb.

Görüş rəqibin 9:5 hesablı qələbəsi ilə yekunlaşıb.

RAF ABŞ-də yaradılmış peşəkar sərbəst güləş təşkilatıdır.

2025-ci ildən fəaliyyət göstərən qurumun əsas məqsədi müxtəlif ölkələrdən olan elit güləşçilər üçün peşəkar platforma yaratmaqdır.