Azərbaycanın sərbəst güləşçisi İtaliyada Avropa çempionu oldu

Azərbaycanın sərbəst güləşçisi İtaliyada Avropa çempionu oldu

İtaliyanın Kaorle şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, 6-cı yarış günündə sərbəst güləşçilərin medal urunda mübarizələri baş tutub.

Azərbaycan millisinin tatami üzərinə çıxan 3 təmsilçisi bir dəst medal əldə edib.

57 kq-da rəqib tanımayan Vasif Bağırov Avropa çempionu olub.

79 kq-da Muradxan Omarov yalnız finalda uduzaraq gümüş mükafatla kifayətlənib.

97 kq-da isə Rəvan Musayev qitə birinciliyinin bürünc medalını qazanıb.

Sabah daha 5 güləşçimiz medal üçün yarışacaq.