"Real" 0:3 uduzduğu "Arsenala qarşı, "İnter" "Bavariya"nı qəbul edir

Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə yekun vurulacaq.
“Mediasport” xəbər verir ki, azarkeşlər ikinci oyun günündə də iki matç izləyəcəklər.
Ötən həftə Londonda gözlənilmədən məğlub olan "Real"ın "Arsenal"la dueli böyük maraqla gözlənilir.
Qeyd edək ki, dünən PSJ və "Barselona" adlarını yarımfinala yazdırıblar.
Raundun ilk qarşılaşmaları aprelin 29-da start götürəcək.
UEFA Çempionlar Liqası. 1/4 final. Cavab oyunları
23:00. “Real" (Madrid, İspaniya) - “Arsenal" (İngiltərə) İlk oyun - 0:3
23:00. “İnter" (İtaliya) - "Bavariya" (Almaniya) İlk oyun - 2:1