Bölgə klubunun kamerunlu legioneri komandasını dəyişdi
1-ci Liqada yeni mövsümə hazırlaşan “Şahdağ Qusar” heyətini gücləndirib.
"Mediasport" xəbər verir ki, şimal klubu Arsene Daudanı heyətinə qatıb.
21 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Kamerunlu yarımmüdafiəçinin son komandası bu liqada "Cəbrayıl” olub.


