"Vidalaşmaq vaxtıdır" - Rövlan

"Sumqayıt" ailəsindən hər kəsə salamlar. Vidalaşmaq vaxtıdır".
"Mediasport" xəbər verir ki, bu fikirlər "Sumqayıt"dan ayrılan Rövlan Muradova məxsusdur.
27 yaşlı vinger "gənclik şəhəri"ni tərk etməsi ilə bağlı paylaşım edib:
"Sizinlə keçirdiyim iki mövsüm karyeramda yaddaqalan və unudulmaz anlarla dolu oldu. Əməyi keçən və əziyyət çəkən hər kəsə təşəkkür edirəm, sizə uğurlar arzulayıram".
Qeyd edək ki, sumqayıtlılar bu gün Rövlan Muradovla yanaşı, Miloş Miloviç və Momo Yansane ilə də vidalaşıblar.