Desmon Akua "Kəpəz"ə keçdi
"Kəpəz" heyətinə yeni legioner cəlb edib.
"Mediasport" xəbər verir ki, Gəncə klubu Desmon Akua ilə güclənib.
24 yaşlı belçikalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
O, son olaraq vətənində "Dender"in heyətində 15 oyun keçirib, 2 qol vurub.


