Milli komandamızın dünya çempionatı təqvimi açıqlandı

Milli komandamızın dünya çempionatı təqvimi açıqlandı

Mayın 21-də Bakıda start götürəcək minifutbol üzrə dünya çempionatında oyunların təqvimi açıqlanıb.

"Mediasport" xəbər verir ki, A qrupunda mübarizə aparacaq Azərbaycan milli komandasının ilk görüşü Bəhreyn yığmasına qarşı olacaq.

Görüş saat 20:30-da başlanacaq.

Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv mayın 23-də Sloveniya (20:30), 25-də Mavritaniya (19:30) futbolçuları ilə qarşılaşacaq.

Mundialda 1/8 finalın oyunları mayın 27-28-də, 1/4 final görüşləri mayın 29-da, yarımfinal duelləri mayın 30-da keçiriləcək.

32 komandanın iştirak edəcəyi dünya birinciliyinin final matçı isə iyunun 1-də baş tutacaq.