Milli komandamız Bosniya və Herseqovina yığmasına qalib gəldi
Minifutbol üzrə Azərbaycan millisi Monteneqronun Herseq Novi şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyununda qüvvəsini sınayıb.
"Mediasport" xəbər verir ki, komandamız Bosniya və Herseqovina yığması ilə qarşılaşıb.
Görüş futbolçularımızın böyükhesablı qələbəsi ilə yekunlaşıb - 6:1.
Millimiz hazırlıq çərçivəsində Monteneqro və Qazaxıstan komandalarının iştirakı ilə keçiriləcək miniturnirdə də gücünü yoxlayacaq.
