Yığmamızın dünya çempionatı oyunlarının vaxtları dəqiqləşdi

Minifutbol üzrə Azərbaycan millisinin mayın 21-də Bakıda start götürəcək dünya çempionatında oyunlarının başlanma saatları açıqlanıb.
"Mediasport" xəbər verir ki, komandamız açılış günü saat 20:30-da Bəhreyn futbolçuları ilə qarşılaşacaq.
Mayın 23-də Sloveniya seçməsi ilə baş tutacaq görüş saat 20:45-də başlanacaq.
Mayın 25-də Mavritaniya komandası ilə duel isə 19:30-da start götürəcək.
Mundiala iyunun 1-də yekun vurulacaq.