Ruslan Abışov: "Ölkə kubokunda yaxşı nəticə əldə etmək istəyirik"

Ruslan Abışov: "Ölkə kubokunda yaxşı nəticə əldə etmək istəyirik"

"Meydançanın vəziyyəti və hava şəraitinin də təsiri var idi. Əsas odur qələbə qazandıq".

"Mediasport" xəbər verir ki, bu sözləri "Turan Tovuz"un məşqçisi Ruslan Abışov deyib.

Gənc mütəxəssis Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Kəpəz"lə ilk oyunu haqda fikirlərini bölüşüb, 1:0 hesablı qələbəni şərh edib:

"4 gün əvvəl "Qarabağ"a qarşı ağır oyun keçirmişdik. Heyətdə böyük rotasiya yox idi. Demək olar ki, meydana eyni heyətlə çıxmışdıq.

Bir aydan sonra cavab görüşü olacaq. Hələ qarşıda "Karvan-Yevlax"la oyun var. Bu matçı unudub həmin qarşılaşmaya hazırlaşacağıq.

Hər bir komanda istəyər ki, həm kubokda, həm də çempionatda iddialı olsun. Mövsümün sonunda ölkə kubokunda da yaxşı nəticə əldə etmək istəyirik".